“Həmsədrlərin fəaliyyətini məqbul hesab etmirəm” AÇIQLAMA

"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini məqbul hesab etmirəm". Bunu Millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, çünki bunlar uzun müddət ərzində konkret bir iş görməyiblər: "Yalnız müəyyən münasibətlərin yaranmasına dəstək verirlər ki, bu da çox vacibdir. Yaxşı olardı ki, bu qurum öz işini konkret məqsədlərə və planlara yönəltsin. Münaqişənin həlli ilə bağlı həmsədrlərin əlində lazım olan bütün sənədlər var. Yəni BMT-nin qətnamələri, beynəlxalq təşkilatların qərarları və beynəlxalq hüquq normaları diqdə edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın mənafeyi çərçivəsində həll olunsun. Təəssüflər olsun ki, bunlar müəyyən hallarda liberal mövqe tuturlar və bu da bağışlanmazıdır. Ancaq yenə deyirəm ki, hər bir şey münasibətlərlə həll olunur. Bunların münasibət yaratmağı, xarici işlər nazirlərinin görüşlərini təşkil etmələri və ölkə prezidentlərinin görüşləri üçün müəyyən şərait yaratmaları müsbət hal sayıla bilər. ABŞ rəsmisi Con Boltonun Dağlıq Qarabağ məsələsi ilə əlaqədar konkret mövqe bildirməsi çox müsbət haldır. Çünki artıq ABŞ rəsmiləri də başa düşür ki, bütün həqiqətlər, hüquq Azərbaycanın tərəfindədir. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır, ayrılmaz bir hissəsidir. Bu baxımdan həmsədrlərin regiona bu dəfəki səfərləri əvvəlki səfərlərindən fərqli olmalıdır. Çünki artıq ABŞ-da, Rusiyada Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqədar xeyli dərəcədə öz fikirlərin bildirlər. Fransada da müəyyən meyillər var. Azərbaycan Prezidenti dəfələrlə deyib ki, Azərbaycanın bir qarış torpağı da düşməndə ola bilməz. Azərbaycanın işğal olunmuş əraziləri qaytarılmalıdır, qaçqınlar, köçkünlər öz torpaqlarına geri dönməlidirlər, orda məskunlaşmalıdırlar, sonra Qarabağın statusu müəyyən olunmalıdır. Əgər bu prinsipləri əldə əsas tutaraq irəliliyə gediş olarsa, hesab edirəm ki, Azərbaycan xalqı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini məqbul hesab edə bilər".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31