Vaşinqton Paşinyandan tezliklə münaqişənin nizamlanmasını istəyir
30 Oktyabr 2018 16:49 Siyasət"ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfəri çərçivəsində Yerevanda Nikol Paşinyanla danışıqlar aparıb. Qeyd edim ki, bu səfər həmsədrlərin regiona ilin sonunun yekunlarına hesablanıb". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Ermənistanın keçid baş naziri Nikol Paşinyanla görüşdə ötən ay tərəflərin Düşənbədə razılaşmalarına əməl etmək səyləri və atəşkəsin qorunması müzakirə predmeti olub: "Əsasən həmsədrlərdən ABŞ istisna olmaqla, Fransa və Rusiya münaqişənin nizamlanmasında maraqlı deyil. Hesab edirəm ki, Fransanın regional bələdiyyə sədrlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi, burada qondarma rejimlə qanunsuz müqavilələr bağlaması, bu ölkənin Minsk qrupunun həmsədri kimi fəaliyyətinə kölgə salır".
Politoloqun sözlərinə görə, həmsədrlərin Yerevandan sonra, Bakıda aparacaqları danışıqlarda hər hansı bir ciddi nəticə gözlənilmir: "ABŞ və Rusiya münaqişənin həllində ayrı-ayrı həll formularına malikdir. Vaşinqton hazırda Qarabağ münaqişəsinin həllində maraqlı görünür və təklif etdiyi həll planı Azərbaycanın milli maraqlarına cavab verir. Rusiya və Fransaya gəldikdə isə, bu ölkələrin hər hansı bir təkilifi Azərbaycan tərəfindən qəbul olunmayıb. Paşinyanla görüşdə əsas maraqlı tərəf amerikalı həmsədr olub. Çünki, Vaşinqton Paşinyandan tezliklə münaqişənin nizamlanmasını istəyir".