"30 ildir bu torpaqlarda Azan səslənmir"

"Bu il Prezident İlham Əliyevin sərəncamı və iştirakı ilə "Cümhuriyyətimizin", ordumuzun, Bakının işğaldan azad edilməsinin, eləcə də Parlamentin 100 illiyi ilə bağlı təntənəli tədbirlər keçirildi. Bu il eyni zamanda yüz minlərlə soydaşımızın qədim Azərbaycan torpaqlarında qanunsuz yaradılan və Ermənistan Respublikası adlandırılan ərazilərimizdən, öz ata-baba yurdlarından erməni vandalizmi nəticəsində didərgin düşmələrinin 30 illiyi tamam olur. Hesab edirəm ki, bu məsələyə diqqət verilməli, bununla bağlı dinləmələr keçirilməlidir". Bu təkliflə Milli Məclisin deputatı Musa Quliyev Parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

O bildirib ki, 30 il bundan öncə 250 minə yaxın soydaşımız Ermənistan hökumətinin bilavasitə iştirakı və dəstəyi ilə törədilən vandalizmlə üz-üzə qalaraq, öz yurd-yuvalarından didərgin düşüblər: "30 ildir ki, həmin torpaqlarda nə Azan səsi gəlmir, nə də Allahu-Əkbər eşidilmir. Təklif edirəm ki, bu ilin dekabr ayında Milli Məclisin bir neçə komitəsində bu haqda dinləmə keçirilsin və soyqırımı ilə sonuclanan deportasiya aktına qiymət verilsin. Hadisə ilə bağlı ictimai dinləmənin keçirilməsi vacibdir. Biz bu soyqırımını pisləyən bəyanat qəbul etməliyik".

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31