"Forum dünyada mühüm platforma olduğunu sübut etməkdədir"

"2019-ci il bir neçə əlamətdar hadisələrlə yadda qaldı. Lakin baş verən son iki mühüm hadisə ilə bağlı qeyd etmək istəyirəm ki, onlardan biri Türkiyədə Azərbaycanın "Star" Neft Emalı zavodunun açılması, digər isə bir neçə gün bundan öncə Bakıda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumun keçirilməsidir". Bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, "Star" zavodunun açılması Türkiyə-Azərbaycan münasibətlərin qorunmasında mühüm rol oynayacaq.

Onun sözlərinə görə, ölkəmiz tərəfindən atılan mühüm addım bir daha sübut etdi ki, Azərbaycan miqyasında Ulu Öndər tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən neft strategiyası çox uğurla davam etdirilir.

İkinci mühüm hadisənin VI Bakı Beynəlxalq Humanitar Forumunun olduğunu deyən deputat qeyd edib ki, Forum özünün keyfiyyətini nüfuzlu insanları ərafına birləşdirmək və mühüm platformaya çevrilməklə göstərmiş oldu: "Forum artıq dünyada mühüm platforma olduğunu sübut etməkdədir. Bu, dövlətimizin gücü, nüfuzudur. Forum ölkəmizin beynəlxalq aləmdə yerinin daha da möhkəmlənməsində ciddi hadisədir".

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31