Gürcüstan inqilab ərəfəsində
30 Oktyabr 2018 13:45 SiyasətHər şey seçkilərin ikinci turunun nəticələrindən sonra məlum olacaq
Gürcüstanda oktyabrın 28-də keçirilən prezident seçkilərində heç bir namizəd lazım olan 50 faizdən artıq səsi toplaya bilmədi. Seçkilərdə 25 namizəd qeydə alınmışdı. Onlardan iki namizəd-Akaki Asatiani və Vaxtanq Qabuniya namizədliklərini geri götürsələr də, onların da adları seçki siyahısına salınmışdı. Ekspertlər seçki yarışının əsas 3 namizədin-Salome Zurabaşvili,Qriqor Vaşadze və David Bakradze arasında gedəcəyini deyirdilər. Seçkinin nəticəsi isə hər kəsin ehtimalından bir qədər fərqli şəkildə oldu:
İqdidardakı Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabaşvili-38,61 faiz, keçmiş prezident Mixayıl Saakaşvilinin dəstəklədiyi müxalifətin Güc Birlikdədir Blokunun namizədi Qriqor Vaşadze-37,72 faiz, .Avropalı Gürcüstan Partiyasının namizədi David Bakradze 10,99, Leyboristlər Partiyasının namizədi Şalva Natelaşvili-3,76,.Azad Demokratlar Partiyasının namizədi David Usupaşvili isə cəmi 2,26 faiz səs yığa bildi.
Bəs Gürcüstandakı seçkilərin nəticələri ekspertlər tərəfindən necə dəyərləndirilir? Müstəqil ekspert Zeynal Əmralıyev deyir ki, bu seçkilər əslində Gürcüstanın tam demokratiyaya keçidini və Gürcü Arzusu Partiyasının Sakavşilinin yaratdığı demokratik sistemi mühafizə etməyi bacardığını gösdərdi: "Eyni zamanda gürcülərin Saakaşvili başda olmaqla müxalifətə ciddi etimadını da sübut etdi. Həqiqətən də, son zamanlar Gürcüstanda mövcud iqtidarın nüfuzu azalmaşdı.Mixayıl Saakaşvilinin Ukraynada keçirdiyi gərgin siyasi mübarizə vətəni Gürcüstanda da onun siyasi reytinqini artırmışdı. Üstəlik buna paralel olaraq mövcud iqdidarın "xaç atası" sayılan məşhur oliqarx Bidzina İvanaşvili də yenidən siyasətə qayıdaraq Gürcü Arzusu Partiyasının başına keçdi. Ehtimal ki, İvanaşvili yaxın müddətdə Mamuka Baxdadzenin yerinə keçərək baş nazir olacaq". Ekspertin sözlərinə görə, gürcü müxalifətinin qorxduğu budur ki, hakimiyyətdə möhkəmlənən oliqarxı bir də ordan göndərmək çətin məsələyə çevrilə bilər: "Bu seçkilər əslində 2020-ci ildə keçiriləcək parlament seçkiləri üçün hazırlıq mərhələsi də daşıyırdı. Əgər seçkidə müxalifətin namizədi qalib gələrsə, o zaman iqtidar parlament seçkilərinə aşağı ruh düşkünlüyü ilə gedəcək və qalib gəlmə şansı çox aşağı düşəcəkdi. Buna görə də bəziləri Vaşadzenin qalibiyyətinin Gürcüstanda mövcud iqtidarın sonu və yeni bir dövrün başlanğıcı hesab edirlər.Təbii ki bu dövrü "Saakaşvili erası" adlandıranlar daha çoxdur. Onlar yanılmırlar. Çünki Vaşadze seçilərsə Saakaşvili yenidən gürcü siyasətinə daxil ola bilər. Bunun üçün lazım olan onun cinayətlərini əfv etmək, bir də vətandaşlığını geri qaytarmaqdı. Bunların ikisi də hazırda prezidentin səlahiyyətlərinə daxildir". Ekspert hesab edir ki, iki ilə Vaşadze bunları edə bilsə, o zaman Saakaşvili 2020-ci ildəki parlament seçkilərində partiyasının başında İvanaşvilinin qarşısına çıxa bilər: "Təbii ki əgər Vaşadze seçilərsə. Çünki bu siyasətdir və siyasətdə çox vaxt 2Х2=4 etmir. Büyük gözləntilərin əksinə nəticələr fərqli də ola bilər. İkinci tur 2 həftə sonra olacaq. İki həfdə heç də az vaxt deyil. Salome Zurabaşvili iqdidarın resuslarından və İvanaşvilinin güclü maliyyə dəstəyindən istifadə edərək sadə insanların səsini ala bilər. Birinci turdan nələri gözləyə bilərik sualına cavabı isə bir neçə versiya ilə verə bilər". Zeynal Əmralıyevin sözlırinə görə, ehtimallardan biri odur ki, seçkilərdə Salome Zurabaşvili qalib gəlir, müxalifət nəticəni qəbul edir, hər şey iqtidarın planına uyğun gedir: "İkinci, Salome Zurabaşvili qalib gəlir, müxalifət nəticələrə etiraz edir, ölkəni mitinqlər bürüyür, polis mitinqi güc vasitəsi ilə yatırır. Üçüncüsü, Salome Zurabaşvili qalib gəlir, müxalifət nəticəyə etiraz edir,ölkəni mitinqlər bürüyür,inqilab baş verir və hökumət devrilir. Yaxud, Qriqor Vaşadze seçkidə qalib gəlir, Mixaıl Saakaşvilini əfv edib vətandaşlığını qaytarmaq istəyir, ancaq parlamentdəki iqdidar çoxluğu buna imkan vermir, ölkədə prezident-parlament qarşidurması yaranır. Bu halda Gürcüstan prezidenti impiçmentə məruz qala bilər və ölkədə ciddi vətandaş qarşıdurması baş verə bilər". Zeynal Əmralıyevin qənaətincə, Qriqor Vaşadze qalib gəlsə hökumət vətandaş qarşidurmasına getməmək üçün prezidentin qərarlarına mane olmayacaq: "Saakaşvili yenidən gürcü siyasətinə qayıda bilir, vətəninə dönüb partiyasının başına keçər və 2020-ci ildəki parlament seçkilərində İvanaşvilinin qarşısına çıxır. Yaxın gələcəkdə Gürcüstan üçün bu 5 variantdan biri mütləq olacaq. Lakin hazırda tərəflər qızğın şəkildə növbəti raunda hazırlaşırlar. Ancaq etiraf etmək gərəkdir ki, reallıqda seçkidə Vaşadzenin şansı çox yüksəkdir. Çünki müxalifətin demek olar ki, əksəriyyəti,məsələn 11 fazilik bir səsə malik olaraq 3-cü yerə çıxan David Bakradze Vaşadzeyə dəstəyini açıq ifadə edib. Bu dəstəklərin arxası şübhəsiz ki, gələcək. Digər namizədlərin də çoxunun Vaşadzeni dəstəkləyəcəyi gözləniləndir. Hazırkı elektotanın səsi ilə Vaşadze və Bakradzenin səsləri cəmi 47,71 faiz edir.Geri qalır 2,30 faiz ki,bu da digər müxalif namizədlərindən gələn dəstəklə təmin oluna bilər. Lakin unutmayaq ki, hakimiyyətin admistirativ resusları Zurabaşvilinin tərəfindədir. Həm də onun hamisi ölkənin ən güclü və ən zəngin şəxsidir".
Süleyman