“Vaşadzenin qalib gəlmə imkanları daha güclüdür”

"Gürcüstanda prezident seçkiləri normal keçdi. Demək olar ki, seçkilər demokratiyaya yaxın ab-havada keçirildi. Seçkilərin 2-ci tura qalması da bunun əyani sübutudur".

Bu fikirləri  politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, hakimiyyətin inzibati resursları Saakaşvilinin adamının - Vaşadzenin birinci turda qalib gəlməsinə imkan vermədi: "Vaşadzenin birinci turda qalib olmağı üçün kifayət qədər əsaslar və səs potensialı var idi. Amma qalib gəlmədi. Buna baxmayaraq, hesab edirəm ki, ikinci turda Vaşadzenin qalib gəlmə imkanları daha güclüdür. Belə olan təqdirdə həm də Saakaşvilinin ölkəyə gəlməsi mümkündür".

Qeyd edək ki, ötən gün Gürcüstanda keçirilən prezident seçkilərində ekspertlərin qiymətləndirməsinə və sosioloji sorğuların nəticələrinə əsasən, əsas mübarizə üç namizəd - keçmiş xarici işlər naziri Salome Zurabişvili, "Güc və Birlik" müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze arasında gedəcək.

azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31