"Ermənistan ABŞ üçün heç nə kəsb etmir" - Suren Sarkisyan

"Boltonun səfəri çərçivəsində bir çox bəyanatlar səsləndi, eyni zamanda görüşlər keçirildi ki, bunlar da ABŞ-ın prioritet siyasəti haqqında aylardır danışdığımız sözlərin təsdiqi oldu".Bu barədə erməni siyasi analitiki, beynəlxalq məsələlər üzrə ixtisaslaşmış ekspert Suren Sarkisyan "lragir.am" saytına müsahibəsində bildirib.

"ABŞ-ın regionda öz maraqları mövcuddur və təəssüf ki, Ermənistan burada prioritet rol oynamır", deyə qeyd edən Sarkisyan prioritetlik məsələsində imperativ olaraq, Gürcüstanın və Azərbaycanın olduğunu bildirib: "Bolton Gürcüstanla Azərbaycanın ABŞ-ın strateji maraqlarını bölüşdüyünü deyib, Ermənistan isə sadəcə, prioritetdir", deyə ölkəsinin Birləşmiş Ştatlar üçün önəm kəsb etmədiyini qeyd edən erməni ekspert xatırladıb ki, bütün ölkələr ABŞ tərəfindən prioritet olaraq görülür. Belə ki, Birləşmiş Ştatlar bütün komponent və atributları ilə superdövlətdir. "Hesab edirəm ki, bizim nə isə barədə düşünmək zamanımızdır", Suren Sarkisyan bildirib.

Erməni siyasi eksperti Azərbaycanın ABŞ-la münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini də bildirərək deyib: "Düşünürəm ki, Azərbaycan Con Bolton üçün əla mövqedir, ona görə ki, Azərbaycan ABŞ-a Əfqanıstan məsələsində çox böyük dəstək göstərir və bu, Vaşinqton tərəfindən yüksək dəyərləndirilir. Bu planda bizim qarşımızda ciddi vəzifələr dayanır, ona görə ki, hazırda təsir etmək gücündə cəmiyyətimiz olan ABŞ kimi superdövlətlə münasibətlərimiz Ermənistana heç bir səmərə vermir. Gürcüstana və Azərbaycana səfərlər əlbəttə ki, vacib idi. O, səfəri çərçivəsində ayrı-ayrılıqda müdafiə və xarici işlər nazirləri ilə görüşlər keçirdi, Ermənistanda isə eyni vaxtda müdafiə, xarici işlər nazirləri, eləcə də milli təhlükəsizlik şurasının katibi ilə görüşdü. Bu da bir markerdir. ABŞ adminiistrasiyası qeyd-şərtsiz ABŞ-ın maraqlarını praqmatik şəkildə irəli sürür və Bolton aşkar şəkildə göstərdi ki, prioritet olaraq, Gürcüstan və Azərbaycanı görür, Ermənistan isə sonraya qalır..."

"Ermənistan prioritetliyi üçün nə etməlidir" sualını da cavablandıran erməni beynəlxalq eksperti təşəbbüslərlə çıxış etməyin və aktif siyasət yürütmətin vacib olduğunu deyib. "Ək halda, biz dağımış çanaq qarşısında qalacağıq", deyə Sarkisyan etiraf edib.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31