Rusiyadan Boltonun İrəvanı silkələyən sözünə reaksiya

Rusiya Xarici İşlər Nazirliyi ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Ermənistanda verdiyi bəyanatı tənqid edib.

Moskva Boltonun bu açıqlamasını dövlətin daxili işlərinə kobud müdaxilə adlandırıb.

"Bu günlərdə İrəvanı ziyarət edən ABŞ Prezidentinin köməkçisi Bolton ictimai şəkildə Ermənistandan öz beynəlxalq münasibətlərindəki "tarixi klişe"dən (söhbətin Rusiya ilə ənənəvi dostluqdan getdiyi xüsusi şəkildə gizlədilməyib - red.) imtina etməyi tələb edib. O, həmçinin Nikol Paşinyandan parlament seçkisindən Dağlıq Qarabağın həllində təşəbbüskar addımlar gözlədiyini bəyan edib. Bolton ABŞ silahının reklamını da unutmayıb. Boltonun İrəvanda səsləndirdiyi bütün bəyanatlar tənqidə layiqdir.

Onun 25 oktyabrda "Azadlıq" radiosuna verdiyi müsahibədə gözəl fikir səsləndirildi: "Ermənistan üçün asılı olmaq və ya həddən artıq xarici təsirlərə məruz qalmaq yox, həqiqətən tam suveren olmaq vacibdir". Yaxşı olardı ki, Bolton öz sözlərinin mənası üzərində düşünsün", - deyə XİN-dən bildirilib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31