Ermənistan səfirliyi qarşısında aksiya keçiriləcək
11 Fevral 2013 13:55 SiyasətXocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Niderland Krallığında fəaliyyət göstərən Azərbaycanın Hollandiyalı Dostları, "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi, Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyi, Güney Azərbaycanlılar İstiqlal Partiyası və Niderland Azərbaycanlı Gənclər Cəmiyyəti tərəfindən birgə anım mərasimi keçiriləcək. Diasporla İşl üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, anım mərasiminin fevral ayının 24-də Haaqa şəhərində ucadılmış Xocalı abidəsinin önündə, Hollandiya və türk mətbuatının, həmçinin dövlət və hökümət nümayəndələrinin iştirakı ilə keçiriləcəyi gözlənilir. Həmçinin, fevralın 26-da Haaqada yerləşən Ədalət Məhkəməsinin-Sülh Sarayının önündən Ermənistan səfirliyinin önünə yürüş təşkil ediləcək.