"Dünya müstəqil Azərbaycanı daha yaxından tanıyır” RƏY
29 Oktyabr 2018 16:16 Siyasət"Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumun çox böyük əhəmiyyəti var".
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, Beynəlxalq Humanitar Forumunun əsas fəlsəfəsi bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplamaqdır: "Forum təşkilatçılarının və iştirakçılarının, təbii, sosial və humanitar elmlər, o cümlədən dünya mədəni elitasının nümayəndələrinin qarşılarında qoyduqları iddialı məsələ, gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədi ilə yeni humanitar gündəmin formalaşmasıdır. Foruma həmçinin " Dünyanın ən böyükləri" dəvət olunurlar, bunlar dövlətlərin cari və ya keçmiş rəhbərləri və transmilli korporasiyaların təsisçiləridir. İnsan fəaliyyətinin bütün sahələrində çalışan mütəxəssisləri bir araya gətirərək bəşəriyyəti narahat edən aktual məsələlərin həlli tapılır. Bu cür forumlar Azərbaycan dövlətinin beynəlxalq imicinə çox müsbət təsirlər göstərir. Bu baxımdan forumun əhəmiyyəti böyükdür. Dünya müstəqil Azərbaycanı daha yaxından tanıyır".
sia