“Biz münaqişələrin tezliklə həll olunmasını istəyirik” MÜNASİBƏT

"İstanbulda keçirilən Türkiyə, Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüş formatı artıq müəyyən qədər bir ənənəyə çevrilib".

Bunu millət vəkili Asim Mollazadə deyib.

"Mən bu fəaliyyəti çox ciddi seçilmiş bir format kimi qiymətləndirərdim. Hətta biz dövlət başçılarının, XİN rəhbərlərinin, parlament spikerlərinin birgə toplantılarını keçirmişik. Bu format üç ölkənin birgə işlədiyi strateji layihələrə, üç ölkənin inkişafına, təhlükəsizliyinə və iqtisadi əməkdaşlığına xidmət edən bir formatdır. Zənnimcə bizim birgə fəaliyyətimiz, eyni zamanda böyük bir regiona da öz müsbət təsirini göstərəcək"-deyə, deputat bildirib.

A.Mollazadə əlavə edib ki, İstanbulda keçirilən Türkiyə, Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin VII üçtərəfli görüşü hər üç ölkənin beynəlxalq hüquq normalarında bütün münaqişələrin həllinə dair fikirlərini ifadə etmək imkanı verəcək: "Biz tezliklə münaqişələrin məhz BMT-nin, ATƏT-in hüquq normaları çərçivəsində həllini istəyirik".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31