Parisin beynəlxalq hüquq prinsiplərinə zidd addımları
Və bu addımlara bəzi etinasız yanaşanlar Erməni lobbisi bütün gücünü səfərbər edərək Azərbaycanın nornal əməkdaşlıq qurduğu ölkələr, eləcə də Fransa ilə əlaqələrinə kölgə salmağa, Parislə Bakı arasında sərinlik yaratmağa çalışır. Müntəzəm olaraq edilən bu kimi cəhdlərə bu günlərdə daha biri əlavə edildi.
29 Oktyabr 2018 14:56 SiyasətVə bu addımlara bəzi etinasız yanaşanlar
Erməni lobbisi bütün gücünü səfərbər edərək Azərbaycanın nornal əməkdaşlıq qurduğu ölkələr, eləcə də Fransa ilə əlaqələrinə kölgə salmağa, Parislə Bakı arasında sərinlik yaratmağa çalışır. Müntəzəm olaraq edilən bu kimi cəhdlərə bu günlərdə daha biri əlavə edildi. Məlum olduğu kimi bir müddət əvvəl Fransanın bir sıra şəhər bələdiyyələri və şəhər meriyaları işğal olunmuş Azərbaycan ərazilərinə səfərlər təşkil edildi. Həmin səfərlərin nəticəsi olaraq beynəlxalq hüququn da Azərbaycan ərazisi kimi qəbul etdiyi bu bölgələrin qondarma və işğalçı rəhbərliyi ilə "qardaşlaşmış şəhər protokolu" imzalandı. Fransanın bir sıra şəhər bələdiyyə rəhbərlərinin bu qeyri-qanuni və beynəlxalq hüquqa zidd addımları Azərbaycan ictimaiyyətini haqlı şəkildə narahat etdi. Eyni zamanda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız da Fransanın bələdiyyə sədrlərinin işğal altında olan ərazilərimizə qeyri-qanuni səfərlər etməsini kəskin şəkildə pislədirlər.
Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev deyir ki.Fransanın bələdiyyə sədrlərinin işğal altında olan Azərbaycan ərazilərinə səfərləri yeni bir hal deyil və zaman-zaman buna bənzər cəhdlər, fəaliyyətlər olub. Rəşad Quliyev bildirib ki, hətta zamanında Dünya Azərbaycanlıları Assambleyası cərəyan edən bu xoşagəlməz proseslər barədə müvafiq qurumlara müraciət də edib: "Bununla əlaqədar olaraq təxminən bir il öncə Fransanın bəzi şəhər meriyalarının işğal olunmuş Qarabağ bölgələrinin qondarma rəhbərləri ilə birgə səfərlər təşkil edəcəyi haqqında məlumatlar almış və bu məsələ ilə bağlı Azərbaycan hökumətini məlumatlandırmışdıq. Nədən etinasız yanaşıldı? Vaxtında addımlar atmaq olmazdımı ? Bu məsələ ilə bağlı şərhi sizlərin vicdanına buraxıram. Mənə görə bugünki duruma görə yalnız Fransanı deyil bir az özümüzdəki laqeyid və etinasızlığı qınasaq daha doğru olardı deyə düşünürəm". Assambleya prezidenti deyib ki, hətta o vaxt Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri postunu tutan Nazim İbrahimova da məsələ ilə məktubla müraciət edib: "Məlumat üçün bildirim ki, 20.11.2017-ci il tarixində Fransanın Alfortville şəhəri ilə işğalda olan Laçın şəhər arasında dostluq bəyamnaməsi imzalanıb. Bu bəyamnaməni işğalda olan Laçın rayonun qondarma rəhbərliyi eyni zamanda qondarma dağlıq qarabağ respublikasının təmsilçiləri imzalayıb. Dünya Azərbaycanlıları Assambleyası olaraq bu məsələyə etinasız yanaşa bilmədiyimizdən, bəyamnamənin ləğv olunması üçün addımlar atmaq istədyimizi bildirmək istəyirik. Bu məsələnin sırf hüquqi yolla ləğvinin mümkünlüyü barəsində fransalı vəkillərlə müzakirə zamanı qənaətə gəlmişik. Fransanın böyük şəhərlərindən sayılan Alfortville merinin belə bir addım atması artıq diasporanın başını aşan bir mövqedir. Və görünən odur ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrliyində yer alan Fransanın vasitəçilik missiyası siyasi reallıqlarla üst-üstə düşmür. Belə ki, qondarma dağlıq qarabağ təmsilçiləri bu presedenti əsas tutaraq Avropanın digər şəhərləri ilə gələcəkdə bu tip bəyamnamələrin imzalanmasına cəhd edəcəklərindən məlumatlıyıq. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar və rəsmi Parisin özü də gözəl bilir ki, Azərbaycanın hansı rayonları erməni iğalı altındadır. Müvafiq addımı atmaq - Fransa-Azərbaycan münasibətlərinə növbəti zərbə və beynəlxalq hüququn kobud surətdə pozulmasıdır. Bu faktı cavabsız qoymaq olmaz. Həmçinin cavab elə olmalıdır ki, bu gələcəkdə belə addımların qarşısını alsın və digərlərinə dərs olsun". Rəşad Quliyev daha sonra məktubda qeyd edib ki, şəhərlər arasında dostluq bəyannaməsinin imzalanmasına dair qərar 2017-cil il iyulun 30-da Alfortville şəhər şurasında keçirilən səsvermə zamanı verilib: "Bəyannamənin 2017-cil ilin sentyabrında imzalanması planlaşdırılsa da, mərasim 2 ay gecikib. 2017-cil ilin yayında bildirilib ki, bəyannamənin imzalanmasından sonra Dağlıq Qarabağ ərazisinə növbəti səfər təşkil ediləcək. Səfər zamanı Alfortville şəhərinin nümayəndələri Laçın şəhərində 2016-cı ildə Alfortville şəhəri tərəfindən Ermənistanın "Blue Cross" təşkilatına ayrılan qrant vasitəsilə inşa edilmiş məktəbin açılışında iştirak edəcəklər. Bu baxımdan Alfortville şəhərinin nümayəndələrinin yaxın zamanlarda Dağlıq Qarabağ ərazisinə səfər edəcəkləri istisna edilmir. Məhz yuxarıda göstərilənləri nəzərə alaraq sizə müraciət edərək hüquqi prosesin başlanması üçün sizin dəstəyinizə ehtiyac duyuruq. Məsələnin ölkəmiz üçün önəmini nəzərə alaraq əlinizdən gələn dəstəyi verəcəyinizdən əminliyimi bildirmək istəyirəm".
Məhəmməd