Oxucularımızı Ağ Evin saytındakı Qarabağla bağlı müraciətə imza atmağa çağırırıq
Ağ Evin saytında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, qaçqınlar və məcburi köçkünlər məsələsinin Konqresin gündəliyinə salınması barədə ABŞ prezidenti Barak Obamaya müraciət yerləşdirilib.
11 Fevral 2013 13:20 SiyasətMilli.Az xəbər verir ki, müraciətin mətnində Azərbaycan ərazilərinin 20%-nin uzun illər ərzində Ermənistan tərəfindən işğal olunması, BMT Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən yerinə yetirilməyən 4 qətnaməsi (№ 822, 853, 874, 884), həmçinin erməni təcavüzündən əziyyət çəkən yüz minlərlə qaçqın və məcburi köçkünlər haqqında yazılıb.

Biz də öz oxucularımızı həmin müraciətə imza atmağa dəvət edirik. Müraciət yanvarın 23-də yayımlanıb və tələb olunan 100 000 imzadan 47000-i artıq toplanıb.
Ağ Evin saytındakı müraciətə imza atmaq üçün sadə qeydiyyat proseduru tələb olunur. Bu, sizin bir neçə dəqiqədən artıq vaxtınızı almayacaq. (Qeydiyyat burada)

1. Bu keçidə daxil olaraq elektron poçt ünvanınız, adınız və soyadınız olan bölmələri doldurun;
2. Bir neçə dəqiqədən sonra sizin poçtunuza Ağ Ev saytının administrasiyasından dərhal parol və istifadəçi adı olan məktub gələcək. İstifadəçi adı sizin elektron poçt ünvanınız olacaq.
3. Bu keçidə daxil olmaqla, Ağ evin saytında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, qaçqınlar və məcburi köçkünlər məsələsinin konqresin gündəliyinə salınması barədə ABŞ prezidenti Barak Obamaya edilən müraciətə imza atmağa dəvət edirik.