"Forum bəşəriyyətin rifahına xidmət edən humanitar təşəbbüsdür” - AÇIQLAMA

"VI Bakı Beynəlxalq Humanitar Forumu dünyada yüksək qiymətləndirilən və bəşəriyyətin rifahına xidmət edən humanitar təşəbbüsdür".

Bunu  VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Çin Mərkəzi Televiziyasının (CCTV) siyasi şərhçi Malik Ayub Sambal söyləyib.

Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin nitqinə istinad edən M.A.Sambal söyləyib ki, ölkə başçısının da qeyd etdiyi kimi gündən-günə çoxsaylı münaqişələr, problemlər artmaqdadır: "Bu səbəbdən bütün aktorlar, tərəfdaşlar durmadan artan bu humanitar böhranların həlli üçün səylərini birləşdirməlidirlər. Azərbaycan Prezidenti həmçinin xatırlatdı ki, Dağlıq Qarabağ problemi böyük fəlakətlərdən biridir, Dağlıq Qarabağ Ermənistanın işğal etdiyi Azərbaycan ərazisidir. Prezident öz doğma torpaqlarından didərgin düşmüş çoxlu sayda azərbaycanlı qaçqınların olduğunu da diqqətə çatdırdı. Ölkə rəhbəri onu da bildirdi ki, bu cür münaqişələr fəlakətlə nəticələnir, bütün bəşəriyyət üçün böyük təhlükə törədir. Bu baxımdan hesab edirəm ki, Bakı Beynəlxalq Humanitar Forumu dünyadakı humanitar böhranların həllində aktorları birləşdirmək istiqamətində Azərbaycan tərəfindən irəli sürülmüş yaxşı təşəbbüsdür və bu tədbir bütün dünya ictimaiyyəti üçün böyük maraq kəsb edir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31