Qusman: "Bakı dünyanın humanitar paytaxtıdır"
26 Oktyabr 2018 17:39 SiyasətBakıda keçirilən VI Beynəlxalq Humanitar Forumu kimi tədbirlər Azərbaycanın vacib məsələlərin müzakirəsi üçün əhəmiyyətli platformaya çevrildiyindən xəbər verir.
Bu sözləri TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumu barədə danışarkən deyib.
"Bakıda keçirilən forumda 90-dan artıq ölkənin iştirakı faktının özü tədbirin bütün dünya üçün humanitar məsələlərin müzakirəsi sahəsində vacib platformaya çevrilməsindən xəbər verir. Bu forum Azərbaycan üçün yalnız əhəmiyyətli bir hadisə deyil, indi Bakını haqlı olaraq beynəlxalq humanitar paytaxt adlandırmaq olar. Çünki məhz Bakıya - VI Beynəlxalq Humanitar Forumuna bütün dünyadan ən böyük alimlər, filosoflar, ictimai xadimlər, publisistlər, siyasətçilər ən aktual, ən kəskin, hazırda humanitar gündəmdə olan ən vacib məsələləri müzakirə etmək üçün yığışıblar", - Mixail Qusman bildirib.
Qusman qeyd edib ki, forumun keçirildiyi iki gün dövrümüzün aktual və kəskin məsələlərinə həsr olunmuş çoxsaylı diskusiyalar, dəyirmi masalar, məşhur insanların çıxışları ilə zəngin oldu.
Ekspert bu gün rəqəmsal və kosmik texnologiyalar dövründə humanitar inkişaf probleminin daha kəskin şəkildə üzə çıxdığını xüsusilə vurğulayıb.
"Məhz bizim vaxtımızda - texnoloji inkişaf dövründə, humanitar əlaqələrin iyirmi birinci informasiya əsrində, mənəvi əlaqələr, insanların mənəvi inkişafı, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq problemləri, multikulturalizm məsələləri daha da aktual xarakter alır", - Qusman vurğulayıb.
Həmsöhbətimizin fikrincə, bu barədə forumun açılışındakı çıxışında bir neçə il bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinlə birlikdə bu əhəmiyyətli beynəlxalq humanitar forumun keçirilməsi təşəbbüsü ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev inamlı şəkildə danışıb.
"Bu forum eyni zamanda insanların bu gün bəşəriyyətin qarşısında dayanan təhdidləri ümumi qəbul etmək anlayışını qavramasına kömək etməyə həsr olunub", - Qusman fikrini tamamlayıb.
axar.az