“İndi Ermənistanda hər kəs şokdadır” - AÇIQLAMA
26 Oktyabr 2018 16:00 Siyasət"Con Boltonun mövqeyi təqdir olunandır".
Bunu Millət vəkili Elşən Musayev deyib.
Onun sözlərinə görə, hər halda ABŞ-ın yüksək çinli məmurunun Azərbaycan haqda dedikləri, dövlətimizin maraqları prizmasından çıxış etməsi, bizlərə dəstək olması sevindiricidir: "Nəhayət ki, fövqəldövlətlər öz neytral mövqelərindən geri çəkinirlər, haqqın tərəfini tuturlar və artıq kənarda deyil, Ermənistanın paytaxtında ermənilərin özlərinə, üzlərinə deyirlər ki, siz səhvsiniz, qanunsuz yolla zəbt elədiyiniz torpaqları geri qaytarmalısınız.Tam səmimi deyirəm, məncə indi Ermənistanda hər kəs şokdadır. Həm hakimiyyət, həm millət olaraq. Çünki Ermənistanın bu miqyasda tənqid olunması yeni presidentlər yaradacaq. Bilirsiniz, ABŞ-ın mövqeyi həm də bir çox dövlətlər üçün işıqdır. Həmin dövlətlər bəzən kimin haqlı olduğunu dəqiq bilsələr də, Amerikanın açıq mövqeyini gözləyirlər ki, açıq xətt yürütsünlər. Con Bolton isə həmin açıq mövqeni ən yüksək şəkildə ortaya qoydu. Dünya kimin kim olduğunu bilir. Hamı artıq dostunu və düşmənini açıq formada seçir. Azərbaycanın uğurları göz qabağındadır. Azərbaycan etibarlı tərəfdaşdır. Azərbaycanı günbəgün, saatbasaat daha yeni inkişafa, rifaha, xoş gələcəyə aparan Prezident var. Ermənistan isə siyasi böhranın tam içində, xaosun məngənəsindədir və bu uğursuzluqlar onların həm də ədalətsiz olması, bütün dünya çaplı iqtisadi layihələrdən kənarda qalması ilə bağlıdır. Amerika rəsmisi də İrəvanda onlara bu həqiqəti başa salıb ki, düzgün siyasət yürütmədiyiniz, Qarabağı əsl sahibinə qaytarmadığınız sürəcdə sizin inkişafınızdan söhbət belə gedə bilməz".
sia