“ABŞ-ın açıq mövqeyi Ermənistanı işğalçı dövlət kimi tanıması deməkdir” - AÇIQLAMA
26 Oktyabr 2018 15:53 Siyasət"Azərbaycandan sonra Ermənistana səfər edən ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Yerevanda "əgər Ermənistan xarici təzyiqlərə məruz qalmaq istəmirsə, Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə həllinə nail olmalıdır"- bəyanatını heç şübhəsiz, birbaşa ABŞ-ın Ermənistana həm zərbəsi, həm Ermənistanı işğalçı dövlət kimi tanıması deməkdir".
Bunu "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas deyib.
Onun sözlərinə görə, bu mövqe həm də, ölkəmizin Ermənistana qarşı irəli sürdüyü bütün iddiaların ABŞ tərəfindən tam haqlı olmasını təsdiqi edən mövqe sayıla bilər: "Yəqin ki, ABŞ açıq mövqeyi digər dövlətləri də hərəkətə gətirəcək. Bu isə işğalçı dövlətə təsirsiz ötüşməyəcək. Ermənistana sanksiyaların tətbiq edilməsi gündəmə gətirilə bilər".
SİA