Deputatımız Gürcüstanda prezident seçkisini izləyəcək

Milli Məclisin deputatı Musa Quliyev oktyabrın 27-dən 29-dək Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olacaq. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatinin Parlament Məclisinin xətti ilə müşahidəçi qismində oktyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərinin gedişini izləyəcək.

Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, seçki günü deputatımız demokratik seçki qaydalarına riayət edilməsinə, müxtəlif seçki məntəqələrində iradəsini ifadə edən vətəndaşların fəallığına, səsvermə prosesində onların hüquqlarının təmin olunmasına diqqət yetirəcək. Səfər çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin müşahidə missiyasının üzvləri ilə birgə Gürcüstan MSK-nın təmsilçiləri ilə görüşəcək. Seçki başa çatdıqdan sonra brifinqdə iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31