İranın teokratik rejimi çökdürülür - AÇIQLAMA

Zəlimxan Məmmədli: “Dünyanın hədəfi Güney Azərbaycana meydan oxuyan teokratik rejimi çökdürməkdir”

"Ölkənin indiki iqtisadi durumu çox həssasdır və biz özümüzü ciddi bir mübarizəyə hazırlamalıyıq. Bu ağır durumun yaranmasında əli olanlar xalqın küçələrə çıxıb etiraz bildirməsinə çalışırlar və bu işdə fitnə cərəyanından da istifadə edirlər. Belə olduqda isə onların İrana qarşı müharibə alovunu alışdırıb atəş açmasına ehtiyac qalmayacaq". İran İslam Respublikası Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayi belə deyib. Məsələyə münasibət bildirən politoloq Zəlimxan Məmmədlinin sözlərinə görə İranın İslam pərdəsinə bürünmüş, çağdaş zamanda dünyaya meydan oxuyan teokratik rejimi çökməlidir: "Bu məsələdə dünya ictimaiyyəti və siyasi qütbləri maraqlıdır. Ona görə ki, İrana qarşı müəyyən sanksiyalar tətbiq olunur, burada Avropa, o cümlədən ABŞ, hətta İslam təmayüllü dövlətlər də müəyyən mənada İranda baş verən proseslərə biganə deyillər. Seçkiqabağı hər hansı bir dövlət adamının bu cür populist şüarlarla çıxış etməsi qeyri-adi görünə bilər, amma burada qeyri-adi heç nə yoxdur. Sadəcə olaraq Möhsün Rzayi həqiqəti deyib. Hal-hazırda Güney Azərbaycan öz istiqlaliyyəti uğrunda aktiv mübarizə aparır. Bu amil də İranda qarışıqlığın yaranmasında müstəsna əhəmiyyətə malikdir. Sekiqabağı İranda vəziyyətin qarışması təbiidir. Dünyanın hədəfi Güney Azərbaycana meydan oxuyan teokratik rejimi çökdürməkdir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00