ASİMDER rəhbəri Azərbaycan Mədəniyyət Dərnəyini ziyarət edib
8 Fevral 2013 18:25 SiyasətBeynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey Mersin Azərbaycan Mədəniyyət Dərnəyini ziyarət edib. Bu barədə "OLAYLAR"-a məlumat verən Göksel Gülbey deyib ki, Mersin Azərbaycan Mədəniyyət Dərnəyinin İdarə Heyətinin sədri Güray Sarı, sədr müavini Samirə Nəcəfova və Necati Gürellə görüşdə təşkilatlararası əməkdaşlıq, Azəbaycan mədəniyyətinin Mersində təbliği istiqamətində görülən işlərdən danışılıb. ASİMDER rəhbəri Azəbaycan mədniyyətinin təbiğində göstərdiyi xidmətlər görə, Guray Sarıya təşəkkür edib. Guray Sarı isə öz növbəsində son vaxtlar ermənilərin ASİMDER rəhbərinə qarşı apardığı kampaniya və təhdidlərdən narahatçılığını bildirib. Azərbaycan Mədəniyyət Dərnəyinin rəhbəri deyib ki, bundan sonra da rəhbərlik etdiyi qurum ASİMDER-in fəaliyyətlərini dəstəkləyəvək və ermənilərin çirkin kampaniyasının qarşısının alınmasında Göksel Gülbeyə yardımçı olacaq.