Gənclərin Xarici Siyasət Klubu yaradıldı
8 Fevral 2013 18:15 SiyasətYeni Azərbaycan Partiyası Gənclər Birliyinin Xarici Siyasət Klubunun təqdimatı olub. "OLAYLAR"-ın xəbərinə görə, təqdimatda çıxış edən YAP-ın sədr müavini Əli Əhmədov bildirib ki, bu klubun fəaliyyəti nəticəsində Azərbaycan gəncliyi öz mövqeyinin formalaşmasında ciddi addımlar atacaq: "Burada keçirilən müzakirələr zamanı gənclər dünyadakı siyasi praktikanı dərk etməklə Azərbaycanın milli maraqlarını müdafiə etmək imkanı qazanacaqlar". Əli Əhmədov Azərbaycanın strateji mövqeyi, Dağlıq Qarabağ münaqişəsi və ölkə iqtisadiyyatının nailiyyətləri barədə gənclərə məlumat verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00