Deputatlarımız Avronest PA-nən tədbirində iştirak edəcəklər

Milli Məclisin Hüquq siyasəti  və  dövlət  quruculuğu  komitəsinin  sədri Əli Hüseynli, deputatlardan Azər Kərimli və Hacı Salayev  Avronest Parlament Assambleyasının İqtisadi komitəsinin iclasında  iştirak etmək üçün fevralın 11-dən 13-dək  Moldovaya  səfər  edəcəklər. Bu barədə MM-in mətbuat xidmətindən "OLAYLAR"a verilən məlumata görə,  Kişinyov şəhərində keçirilən tədbirdə "Şərq tərəfdaşlığı  ölkələrinin milli qanunvericiliyi ilə Avropa İttifaqının iqtisadi  qanunvericiliyinin uyğunlaşdırılması" mövzusunda məruzə  dinləniləcək və məruzə ətrafında fikir  mübadiləsi aparılacaq. Deputatlarımız  müzakirə  edilən məsələlərə  öz  münasibətlərini  bildirəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00