Ermənistanın baş naziri Rusiyada "persona non-qrata" elan edildi

Buna səbəb Tiqran Sarkisyanın Ermənistanın Gömrük İttifaqına daxil olmasına qarşı çıxması olub. Ermənistanın baş naziri Tiqran Sarkisyan Rusiyada arzuolunmaz şəxs elan edilib. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan hökumət başçısının "persona non-qrata" elan edilməsinə səbəb T. Sarksiyanın Ermənistanın Gömrük İttifaqına daxil olmasına qarşı çıxması olub.
Elə bundan sonra da Rusiya tərəfi diplomatik şəkildə Tiqran Sarkisyana başa salıb ki, onu burada artıq görmək istəmirlər. Tiqranın Moskvaya hər dəfə təxirə düşən səfərləri də məhz bununla izah edilir.
Lakin Ermənistan baş naziri bu məlumatların doğru olmadığını iddia edir. "Sizi məyus etməli olacağam. Çünki sonuncu müsahibəm əvvəllkilərdən daha ətraflı şəkildə təqdim olunub. Sizin düşündükləriniz isə həqiqətdən bir xeyli uzaqdır",- deyə baş nazir əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00