Güney Azərbaycan İstiqlal Partiyası bəyanat yaydı

Güney Azərbaycan İstiqlal Partiyası Həsən Əsədinin 24.01.2013 tarixli video açıqlaması  ilə bağlı bəyənat yayıb. Sənəddə bildirilir ki, sözügedən açıqlama partiya ilə məsləhətləşmədən və partiya üzvlərinin məlumatı olmadan yayımlanıb: "Bununla bağlı yersiz sui-istifadə halları yaranmasın  və Ağ Ev saytında imza toplamasına xələl gəlməsin deyə, bütün dostlarımızı təmkinli olmağa çağirdiq. Onu da bildiririk ki,  bu məsələdən  sui-istifadə edərək Güney Azərbaycanın istiqlal səsi olan GAİP- ı təxribata çəkmək  arzusunda olan pusquda yatmış şəxslər partiyamızın təmkinli davranışından faydalanaraq  Həsən bəy Əsədinin sözlərini konteksdən çıxararaq qarayaxmalara çeviriblər. Belə ki, o danışığı guya kiminsə özəl həyatına müdaxilə kimi göstərərək, əxlaqi məsələ kimi dəyərləndirərək bəzi soydaşlarımızı haray-həşir qoparmağa təhrik ediblər. Güney Azərbaycan İstiqlal Partisi olaraq bəyan edirik ki, belə təxribatçıların, haray-həşir qoparanlırın önündə gedənlərin kimliyi açıqlanacaq və onlara qarşı mübarizə aparılacaq".  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00