ABŞ və Qərbin sanksiyaları Tehranı çətin vəziyyətə salıb

Qərb və ABŞ-ın təzyiqləri nəticəsində İran neftinin alıcıları sırasında öndə gedən ölkələrdən olan Hindistan bu ildən etibarən İrandan aldığı neftin həcmini  iyirmi faiz azaldacaq.  "Olaylar"ın Türkiyə bürosu xəbər verir ki, bununla  Hindistan İrandan alacağı neftin miqdarının günlük həcim olaraq 60 min barrelə qədər azaldacaq.  Mütəxəssislərin fikirincə, bu rəqəm  illik 2.5milyard dollar məbləğindəki maddi vəsait itkisinə bərabərdir. Hal-hazırda Hindistanın elektrotexnika və yüksək texnoloqiyalar sənayesi ABŞ və Qərbdən təmin edilən bir çox makina texnikası və elektronik parçalardan asılı vəziyyətdədir. Odur ki, Hindistan illik valyuta gəlirinin 35 faizini təşkil edən elektrornika və elektrotexnika sənayesinin tənəzzülə uğramasını istəməyəcək və böyük ehtimal ki, bu sanksiyalara məcburi olaraq qatılacaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00