Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq
8 Fevral 2013 12:44 Siyasət"Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasının iqtisadi və siyasi əhəmiyyəti böyükdür". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov səsləndirib. Millət vəkili bildirib ki, "İnformasiya texnologiyaları ili"ndə belə bir ildə bu hadisənin baş verməsi əlamətdardır: "Hadisənin siyasi cəhətdən əhəmiyyəti odur ki, iri dövlətlər yalnız buna qadir idi ki, böyük maliyyə vəsaiti xərcləyərək orbitə peyk buraxırdılar. Peykimizin orbitə buraxılması Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında, müəyyən informasiyaların əldə edilməsində mühüm rol oynayacaq. İqtisadi əhəmiyyəti odur ki, Azərbaycan daha sox məlumatlı ölkələrdən birinə çevriləcək və ölkəmizə iqtisadi divident gətirəcək".