ADP-çilər Müsavatın cavabını verdi - MÖVQE
Həsrət Rüstəmov: “İsa Qəmbəri tənqid etmək üçün hakimiyyətin hansısa əlavə vasitəyə ehtiyacı yoxdur”
7 Fevral 2013 16:39 Siyasət"Sərdar Cəlaloğlunun Müsavat Partiyası, eləcə də digər müxalifət partiyaları barədə söylədiyi tənqidi fikirlər dost tənqidləridir". Bu fikirləri "OLAYLAR"-a Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov Müsavat funksioneri Mustafa Hacıbəylinin "ADP sədri İsa Qəmbəri hakimiyyətin sifarişi ilə tənqid edir" fikrinə münasibət bildirərkən səsləndirib. Həsrət Rüstəmov deyib ki, əgər hakimiyyətin Müsavat başqanına hansısa iradı olsa bunu öz sözçüləri vasitəsilə açıq şəkildə ifadə edər: "İsa Qəmbəri tənqid etmək üçün hakimiyyətin hansısa əlavə vasitəyə ehtiyacı yoxdur". ADP rəsmisinin sözlərinə görə, partiyaların bir-birini nümayiş etdirdiyi səhf mövqeyə görə tənqid etməsi yalnız xalqın maraqlarına uyğundur: "Çünki Azərbaycan xalqı hansı liderin nə məqsədlə hansi iş gördüyünü bilməlidir".