“Xərrazinin bəyanatı İranda hakimiyyətdaxili çəkişmənin təzahürüdür” - Zəlimxan Məmmədli - FİKİR

“Məhəmməd Xərrazi populist şüarlarla daxili müharibədə özünə tərəfdaş qazanmaq istəyir”

"Əgər prezident olsam, İrandan ayrılmış Tacikistan, Ermənistan və Azərbaycan torpaqlarını qaytaracam. Prezidentliyimin ilk vaxtlarında İrana qarşı tətbiq olunan sanksiyaları aradan qaldıracam". İran "Hizbullah" təşkilatının baş katibi Ayətullah Səid Məhəmməd Bakiri Xərrazi belə deyib. Qeyd edək ki, Məhəmməd Xərrazi iyul ayında İranda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyə hazırlaşır. Məsələyə münasibət bildirən politoloq Zəlimxan Məmmədlinin sözlərinə görə İran hakimiyyəti cəmiyyəti teokratik prinsiplər əsasında idarə edir: "Rejim müəyyən mənada çağdaş dünyanın təfəkküründən uzaq idarəetmə fəlsəfəsini ortaya qoyur. Dünyada İranın təbliğ olunmasının kökündə də bu dayanır. M.Xərrazinin bəyanatı qonşu dövlətlərə meydan oxumaq xarakterinə malikdir, tarixi təhrif etməkdir və eyni zamanda İranda geniş vüsət alan hakimiyyətdaxili çəkişmələrin təzahürüdür. Daxili müharibədə populist şüarlarla özünə tərəfdaş qazanmaq cəhdidir. Bəyanat həm də teokratik molla rejiminin daxili xarakteridir. Rəsmi şəxslərin bu cür bəyanatlar verməsi diplomatik normalara, beynəlxalq hüquqa təhdiddir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00