İsrail susur, İran qorxur, Əhmədinejad danışır - AÇIQLAMA
Rasim Musabəyov: “İran prezidentinin bəyanatının heç bir məntiqi əsası yoxdur”
7 Fevral 2013 12:18 Siyasət"Dünya İrana hörmətlə yanaşmalıdır. İran artıq nüvə gücünə çevrilib, İsrailin İranın hücum etməsindən qorxması əbəsdir". İran prezidenti Mahmud Əhmədinejad belə deyib. Məsələyə münasibət bildirən millət vəkili Rasim Musabəyovun sözlərinə görə İran prezidenti Mahmud Əhmədinejadın bəyanatı heş bir məntiqə əsaslanmır: "Ümumiyyətlə Mahmud Əhmədinejadın bəyanatlarını şərh etməyə dəyməz. Əgər Əhmədinejad deyirsə ki, İsrail dünya xəritəsindən silinməlidir, başa düşülən deyil ki, İran prezidenti hansı hörmətdən danışır. İkincisi isə nüvə bəyanatı hörmət məsələsi deyil. Konkret olaraq İranın MAQATE qarşısında öhdəlikləri var və söhbət o öhdəliklərə əməl olunmasından gedir. Mahmud Əhmədinejad görmək istədiyi hörməti ayrı yerdə axtarmalıdır" (OLAYLAR İA)