Yarımçıq qalmış erməni nəğməsi
Ermənistan XİN başçısı Avropa deputatlarının Xankəndi hava limanının açılması məsələsinə göstərdikləri reaksiya ilə bağlı hiddətlənib
7 Fevral 2013 12:07 SiyasətErmənistan Xarici İşlər Nazirliyinin (XİN) başçısı Avropa deputatlarının Xankəndi hava limanının açılması məsələsinə göstərdikləri reaksiya ilə bağlı hiddətlənib.
Edvard Nalbandyan özündən çıxıb ki, bəs, Avropa deputatları nə hədlə Xankəndi hava limanının açılacağı barədə gəzən söz-söhbətdən narahat olduqlarını bildirirlər. Onun fikrincə, guya bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə mənfi təsir edə bilər.
Ermənistanın XİN başçısının və onun prezidentinin durumu elə də xoşa gələn deyil. Axı onlar dəfələrlə ağız-ağıza verib oxuyurdular ki, bəs, bu gün - sabah, uzağı birisi gün hava limanı işə başlayacaq. Bundan başqa, Ermənistanın indiki başçısı Sarqsyan bu yaxınlarda seçkiqabağı mitinqlərdən birində çıxış edərək bildirib ki, qondarma recimi tanımaq istəyən ölkələrin sayı yetərincədir. Amma indii də belə geri verirlər. Üstəgəl, Ermənistanın çox önəmli tərəfdaşı olan Rusiya da uçuşlara başlamamağı tövsiyyə edib.
Dərin düşünəndə, Xankəndi hava limanı zərərlə işləyən müəssisədir və bu barədə mütəxəssislər yaxşı bilir. Həm də yerli əhalənin təyyarəylə getməyə pulu yoxdur, avtobus pulunu güclə toplaya bilirlər.
İrəvanda isə fərqli düşünürlər. Onlara elə gəlir ki, Xankəndi hava limanının açılması onların Cənubi Qafqazda ikinci bir erməni dövlətinin yaradılmasına xırda bir addımcığaz da olsa, yaxınlaşmadır. Daha sonra onlar Gürcüstandan bir şey, məsələn Cavaxetiyanı qoparmaq niyyətindədirlər.