İran Şimali Azərbaycanı öz tərkib hissəsi kimi tanıyır - AÇIQLAMA
Əli Oruclu: “Xərrozi farsların xarakteristikasını yaxşı bildiyindən bu üsuldan istifadə edərək sərsəm bəyanatlara gedir”
6 Fevral 2013 17:10 Siyasət"Əgər mən prezident olsam, İrandan ayrılmış Tacikistan, Ermənistan və Azərbaycan torpaqlarını qaytaracağam". Bu barədə İran mətbuatına açıqlama verən prezident seçkilərində öz namizədliyini irəli sürmək niyyətində olan Ayətullah Səid Məhəmməd Bokiri Xərrozi deyib. Xərrozinin sözlərinə görə həmin ölkələr vaxtilə İranın əraziləri olub. Məsələyə münasibət bildirən AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclunun sözlərinə görə İran rəsmisinin bu bəyanatı müəyyən məqsədləri həyata keçirmək üçün səsləndirib: "Ayətullah Xərrozinin bu fikirləri cəfəngiyyatdan başqa heç nə deyil. Xərrozi sadəcə olaraq bununla ölkə daxilində özünə xal qazanmağa çalışır. Xərrozi farsların xarakteristikasını yaxşı bildiyindən bu üsuldan istifadə edərək sərsəm bəyanatlara gedir"