Nəhayət müxalifət də “Daş yuxular”a daş atdı
6 Fevral 2013 17:00 SiyasətFevralın 6-da "Qarabağ" blokunun toplantısı keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, iclasda Əkrəm Əylislinin "Daş yuxular" romanı ətrafında müzakirələr aparılıb. Bildirilib ki, yazıçı Azərbaycan xalqının obrazını təhrif edib, ləkələyib. Blok üzvləri qeyd ediblər ki, gözümüzün qarşısında baş verən tarix bütün dünyaya yalnış və yalan olaraq təqdim edilib. Lakin bununla belə blok hesab edir ki, məsələ ilə əlaqədar münasibətləri ədəbi tənqidçilər səsləndirməlidirlər: "Azərbaycan xalqı Qubada, Şamaxıda, Bakıda kütləvi məzarlıqları olan, Xocalını yaşamış, ən yaxın tariximizdə belə ermənilər tərəfindən təcavüzə məruz qalmış xalqdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00