İqdırda Xocalı ilə bağlı sərgi keçiriləcək

Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində Türkiyədə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. əcək. Beynəlxalq Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin sədri Göksəl Gülbəyin "OLAYLAR"-a verdiyi məlumata görə,  bu məqsədlə İqdır vilayətində foto-sərgi təşkil olunacaq: "Xocalı soyqırımının ildönümü ərəfəsində ermənilərin tarixən  Türkiyə və Azərbaycanda törətdikləri soyqırımlarla bağlı sərgi keçiriləcək. Sərgi vasitəsilə həm Türkiyə, həm də dünya ictimaiyyəti bir daha erməni vəhşilikləri barədə məlumatlandırılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00