Ənənəvi müxalifət İlqar Məmmədovu özününküləşdirmək istəyir

Mirzə Sakit: “Ənənəvi müxalifətin İlqar Məmmədovu dəstəkləməməsinin arxasında başqa məqamlar dayanır”

Siyasi analitiklər İlqar Məmmədovun həbs edilməsini ənənəvi müxalifət üçün fürsət kimi qiymətləndirirlər. Çünki, müxalifətin bəzi siyasi dairələri "Real" hərəkatının sədri İlqar Məmmədovu müxalifətin ən layiqli prezidentliyə namizədi kimi xarakterizə edirlər. Hətta, ənənəvi müxalifətin bu mənada İ.Məmmədovu qısqandığı deyilir. Ona görə də Tofiq Yaqublu ilə müqayisədə ənənəvi müxalifət İ.Məmmədova daha az dəstək nümayiş etdirdi. Məsələyə münasibət bildirən satirik şair Mirzə Sakitin sözlərinə görə müxalifətin İlqar Məmmədovu dəstəkləməməsinin arxasında qısqanclıq yox, sadəcə "Real" hərəkatının sədrini özününkiləşdirmək fürsəti dayanır: "Əslində heç bir fərq olmamalıdır. Lakin bir incə məsələyə də diqqət yetirək, Tofiq Yaqublu İlqar Məmmədovdan həm fəaldır, həm də söhbət partiya sədrinin müavinindən gedir. İlqar Məmmədovun ən layiqli namizəd olmaq məsələsinə gəlincə İlqar bəy bu gün həbsxanada olduğu üçün onun haqqında ancaq xoş sözlər deyə bilərəm. Sağlıq olsun, həbsxanadan çıxandan sonra bu sualı təkrarən mənə göndərərsiniz" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00