Çexiyada Xocalı soyqırımı ilə bağlı dinləmə keçiriləcək
6 Fevral 2013 16:41 SiyasətBeynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçiliyi və Dünya Azərbaycanlıları Konqresi Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı fevralın 23-26-da "Xocalıya ədalət" kompaniyası çəçivəsində Çexiyada silsilə tədbirlər keçirəcək. Mərkəzdən "OLAYLAR"-a verilən məlumata görə, Çexiyanın Praqa və Brno şəhərlərində fəaliyyət göstərən Avropanın tanınmış universitetlərindən olan G.T.Massarik adına Universitet və Brno Texniki Universitetində Xocalı dinləmələri keçiriləcək. Məqsəd 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırım faktının dünya ictimaiyyətinə çatdırılması, erməni vəhşiliyinin nəticələri haqqında beynəlxalq aləmin məlumatlandırılması və azərbaycanlılara qarşı törədilmiş soyqırım faktlarının xarici KİV-lərdə işıqlandırılmasıdır. Tədbirlərdə universitetlərin professor, müəllim və tələbə heyəti ilə yanaşı, Azərbaycan-Çex diaspor təşkilatları, QHT sektorunun təmsilçiləri və KİV nümayəndələri də iştirak edəcək.