Xalq “El” hərəkatına qoşulmayacaq - AÇIQLAMA

Qabil Hüseynli: “El” hərəkatının uğur qazanacağına inanmağım gəlmir”

Fevralın 5-də Ziyalılar Forumu növbəti toplantısını keçirib. Toplantıda çıxış edən politoloq Eldar Namazov "El" hərəkatının 10 gün içərisində elan ediləcəyini bildirib. ""El" hərəkatının vaxtı elan oluna bilər, əsas məsələ "El" hərəkatını həqiqi hərəkata çevirmək, lazımi elektoral bazaya malik olmaq məsələsidir" deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə hərəkatı həyata keçirmək Azərbaycanın siyasi reallığında çox müşkül məsələdir: "Xüsusilə də "El" hərəkatını yaradanlar üçün çətindir. Cəmiyyətdəki siyasiləşdirilmiş fəal sosial təbəqələrin çoxu partiyalar arasında paylaşdırılıb. Yerdə qalan hissəsi isə siyasi proseslərdən tamamilə uzaq dayanır. "El" hərəkatını yalnız kağız üzərində elan etmək işin çox kiçik hissəsidir. İnsanları bu hərəkat ətrafında cəmləmək potensialı isə "El"i yaradanlarda yoxdur. Xalq da onlara doğru hərəkət etməyəcək. Ümumiyyətlə bu məsələdə uğur qazanacaqlarına inanmağım gəlmir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00