Əhmədinejat İlham Əliyevi Tehrana dəvət edib

Hazırda prezidentin səfərinin vaxtının dəqiqləşdirilməsi gözlənilir

İran prezidenti Mahmud Əhmədinejat dövlət başçısı İlham Əliyevi Tehrana dəvət edib. ANS PRESS-in İran mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda İranın Azərbaycandakı səfiri Möhsün Pak-ayin açıqlama verib.

Diplomatın sözlərinə görə, hazırda İran tərəfi prezident İlham Əliyevin rəsmi səfərinin dəqiq tarixinin açıqlanmasını gözləyir. Səfər də məhz bundan sonra baş tutacaq.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00