Söhbət Əkrəm Əylislidən gedirsə... - AÇIQLAMA
Nəsir Ağayev: ““Şöhrət” və “İstiqlal” ordenlərini almağa layiq olanların bir çoxu onları ala bilmədikləri halda, Əkrəm Əylisli bunlara layiq görüldü”
6 Fevral 2013 14:42 Siyasət"Əkrəm Əylisli bütün Azərbaycanı silkələyən bir addım atıb. Bu nəzərəçarpacaq dərəcədə hiss olunur. Ona görə ki, bu adam həm xalq yazıçısıdır, həm "Şöhrət" ordeni alıb, həm də "İstiqlal" ordeninə layiq görülüb". Bu barədə "OLAYLAR"a açıqlamasında Bakı və Kəndlər Birliyinin qurucusu və ilk sədri Nəsir Ağayev deyib. N.Ağayevin sözlərinə görə yazıçının Qarabağ müharibəsi, türk millətləri, Azərbaycan haqqında söylədiyi fikirlər diqqəti daha tez cəlb edir: "Şöhrət" və "İstiqlal" ordenlərini almağa layiq olanların bir çoxu onları ala bilmədikləri halda, bunlar Əkrəm Əylisliyə verildi. Ancaq, bir şeyi də qeyd etmək lazımdır ki, bu gün Ə.Əylisli qədər şan-şöhrətə layiq görülməyən elə ziyalılar da var ki, xalqın başını qatmaq, onu mənəvi əzablara düçar etmək fikirlərindən vaz keçmirlər. Elə mühafizə orqanlarının işçiləri, icra başçıları var ki, onlar Əkrəm Əylislidən yüz qat fəlakətli və bəlalıdırlar. Bunu nəzərə almaq lazımdır. Söhbət Ə.Əylislidən gedirsə, bunları da görmək lazımdır". ("OLAYLAR" İA)