“Real” Hərəkatı Tofiq Yaqubluya dəstək verir, ənənəvi müxalifət isə İlqar Məmmədov barəsində susur

Zərdüşt Əlizadə: “Ənənəvi müxalifət üçün tayfa və qrup maraqları daha əhəmiyyətlidir”

Müsavat başqanının müavini Tofiq Yaqublu və "Real" Hərəkatının sədri İlqar Məmmədovun İsmayıllı hadisələrindən məsul bilinərək iki aylıq həbs olunduqları məlumdur. Müxalifət isə T.Yaqubluya göstərdiyi dəstəyi İ.Məmmədova göstərmədi.

"Guya müxalifət Tofiq Yaqublunun həbsinə öz dəstəyini göstərib nə əldə edib. Maraqlıdır! Bəyəm, onların dəstəyinin hər hansı bir maddi, yaxud mənəvi ifadəsi varmı? - Yoxdur!" deyən politoloq Zərdüşt Əlizadənin fikirlərinə görə müxalifət sadəcə olaraq bu barədə müəyyən bəyanatlar səsləndirib: "İlqar Məmmədovun həbsdən azad olunmasına isə yalnız "Real" Hərəkatı dəstək verib. Çünki, müxalifətə daxil olan siyasi təşkilatlar yalnız öz maraqlarından çıxış edirlər. Əminəm ki, "Real" həm də T.Yaqublunun azad olunmasına da dəstək verib. Çünki, bu təşkilat üçün insan haqqları əhəmiyyətlidir, nəinki bizim ənənəvi müxalifət üçün bu arxa plandadır. Ənənəvi müxalifət indi-indi öyrənir ki, insan haqqları nədir. Onlar üçün tayfa və qrup maraqları daha önəmlidir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00