Müxalifət hakimiyyətə təkliflər göndərəcək
6 Fevral 2013 12:48 SiyasətFevralın 10-da Demokratik Qüvvələrin Məşvərət Məclisinin Nümayəndələr Palatasının toplantısı keçiriləcək. Qurumdan "OLAYLAR"-a daxil olan məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, son vaxtlar respublikanın ayrı-ayrı bölgələrində baş verən hadisələr və digər bu kimi məsələlər müzakirə ediləcək. Müzakirələrin yekunu olaraq Demokratik Qüvvələrin Məşvərət Məclisi hakimiyyətə təkliflər göndərəcək. Təkliflərdə seçki ili ərəfəsində ölkədə siyasi, iqtisadi və sosial sahədə islahatların keçirilməsi, sosial problemlərin həlli, demokratik seçki mühitinin yaradılması kimi məsələlər əksini tapacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00