Əhməd Oruc da prezidentliyə namizəd olacaq

Azadlıq Partiyasının sədri Əhməd Oruc da bu il keçiriləcək seçkilərdə prezidentliyə namizəd ola bilər.  Bu barədə "OLAYLAR"-a məlumat verən partiya sədri deyib ki, müxalifət partiyalarının seçkilərlə bağlı vahid namİzəd müəyyən edə bilməməsi belə bir addım atmaq zərurətini yaradıb: "Yaxın bir-iki ayda Azadlıq Partiyasının prezident seçkiləri ilə bağlı mövqeyi tam müəyyənləşəcək və partiya seçkilərdə mübarizə aparacaq namizədinin adını açıqlayacaq". Əhməd Oruc onu da qeyd edib ki,  Azərbaycan müxalifətinin prezident seçkilərinə parçalanmış halda getməsi bu düşərgə üçün uğursuz olacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00