2013-cü ildə Ermənistan-Azərbaycan müharibəsi başlana bilməz
Leyla Əliyeva: “Gərginlik hökm sürür, amma indiki məqamda müharibənin başlanması sadəcə olaraq təsadüfi hadisə olacaq”
6 Fevral 2013 12:35 SiyasətABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Müdafiə Nazirliyinin keçmiş yüksək vəzifəli əməkdaşı Uayan Merri "The National İnterest" jurnalında dərc edilmiş məqaləsində yazır: "Ermənistan və Azərbaycan növbəti Qarabağ müharibəsinə hazırlaşır. Yeni müharibədə tərəflər əvvəlki savaşla müqayisədə daha güclü hərbi arsenalla üz-üzə dayanacaqlar". Məsələyə münasibət bildirən politoloq Leyla Əliyevanın sözlərinə görə U.Merri bu fikirləri Ermənistan və Azərbaycan ətrafında yaranmış gərgin vəziyyətə əsaslanıb irəli sürür: "Məsələnin qəlizləşməsində bir nömrəli amil Xocalı aeroportu ilə bağlıdır. Bundan başqa ortada baş olacaq ən kiçik bəhanə də vəziyyəti müharibə səviyyəsinə gətirib çıxara bilər. Lakin, inandırıcı deyil ki, həm Ermənistan, həm də ki, Azərbaycan hakimiyyəti müharibə variantının üzərində dayansın. Çünki, bu il ərzində hər iki dövlətdə prezident seçkiləri keçiriləcək. Gərginlik hökm sürür, amma indiki məqamda müharibənin başlanması sadəcə olaraq təsadüfi hadisə olacaq" ("OLAYLAR" İA)