Bosniya və Herseqovina parlamenti Dağlıq Qarabağla bağlı qətnamə layihəsi hazırlayıb

Bosniya və Herseqovina Parlament Məclisinin Nümayəndələr Palatası Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamə layihəsi hazırlayıb. Bu barədə Bosniya və Herseqovina Parlament Məclisi Nümayəndələr Palatasının Sədri Bojo Lyubiç Milli Məclisin sədri Oktay Əsədovla görüşü zamanı bəyan edib. Bildirib ki, sənəddə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənilir və qeyd edilir ki, Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqları azad edilməlidir. Qətnamə layihəsi yaxın vaxtlarda Bosniya və Herseqovinanın Parlament Məclisində də müzakirəyə çıxarılacaq: "Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Ermənistan və Azərbaycanın deyil, regionun və bütövlükdə Avropanın inkişafına təkan verəcəkdir. Biz bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdarıq və bu mövqe dəyişməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00