İran verdiyi bəyanatlarla İsraili qorxutmaq istəyir
Rüstəm Məmmədov: “İran özünü qorumaq üçün məntiqə uyğun olmayan açıqlamala verir”
5 Fevral 2013 17:06 Siyasətİran Milli Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili mətbuata açıqlamasında bildirib ki, İsrail Suriyaya müdaxilə edəcəyi təqdirdə bu rəsmi Tel-Əvivə baha başa gələcək. Məsələyə münasibət bildirən politoloq Rüstəm Məmmədovun sözlərinə görə İran rəsmilərinin bu cür bəyanatları qorxudan doğan amildir: "Səid Cəlilinin bu açıqlaması sadəcə olaraq İsraili qorxutmaq məqsədi daşıyır. İran özünü müdafiə etmək üçün bu üsuldan istifadə edir. Burada başqa bir məqsəd yoxdur" ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00