Üçüncü qüvvələrin seçkilər ərəfəsində perspektivi olmayacaq - FİKİR

"Kimlərsə hansısa dairələri məcburi qaydada üçüncü qüvvə adı ilə cəmiyyətə təqdim etməməlidir. Belə hallara proseslərin gedişində özünü büruzə verməlidir" Bu fikirləri "OLAYLAR"-a Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu seçkilər ərəfəsində ölkədə üçüncü qüvvələrin fəallaşacağı barədə məlumatlara münasibət bildirərkən səsləndirib. Partiya rəsmisi deyib ki, bütün halda üçüncü qüvvələrin seçkilər ərəfəsində hansısa perspektivi olmayacaq: "Üçüncü qüvvə o zaman meydana çıxır ki, siyasiləşmiş tərəflər bir kənarda qalır və həmin qüvvələrin istəklərinə cavab vermir. Bu da üçüncü qüvvələrin mübarizə meydanına atılmasına gətirib çıxarır". Əli Oruclu bildirib ki, Rusiyada yaradılmış "Milyaderlər İttifaqı"nın üçüncü qüvvə kimi ortaya çıxamsı mümkün görünür ki, bu da Azərbaycan dövlətçiliyi və xalqa müsbət heç nə vəd etmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00