“Xocalıya ədalət” kampaniyası çərçivəsində təbliğat kampaniyasına start verildi
5 Fevral 2013 14:30 SiyasətAzərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması "Xocalıya ədalət" kampaniyası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımına lazımi hüquqi qiymətin verilməsi məqsədi ilə sosial şəbəkələrdə təbliğat kampaniyasına start verib. İctimai Bilrikdən "OLAYLAR"-a verilən məlumata görə, aksiyada xaricdə təhsil alan gənclərimizin və yerli ali təhsil ocaqlarında təhsil alan gənclərin aktiv iştirakı nəzərdə tutulub. Bununla əlaqədar olaraq növbəti həftələrdə icma ölkədə fəaliyyət göstərən ən nüfuzlu gənclər təşkilatları, eləcə də böyük ali təhsil ocaqlarında təhsil alan aktiv gənclərlə mövzu ətrafında müzakirələr təşkil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00