Bayram Səfərov: “Əgər o bizim xalqımızdan deyilsə, gedib öz doğmalarının arasında yaşasın”

"Əkrəm Əylislinin "Daş yuxular" romanı bütün Azərbaycan xalqını, o cümlədən, qaçqın və məcburi köçkünləri aşağılamağa, təhqir etməyə xidmət göstərir. Əgər o bizim xalqımızdan deyilsə, gedib öz doğmalarının arasında  yaşasın". "OLAYLAR"-ın xəbərinə görə,  bu fikirləri yap.org.az saytına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov deyib: "Məgər yazmağa başqa mövzu yox idi ki, o bu əsəri yazıb? Yazmaq istəyirdisə, Xocalı soyqırımından, Malıbəylidə, Daşbulaqda və digər yerlərdə ermənilərin azərbaycanlıları necə qanına qəltan etməsindən yazardı. Nə üçün bunu etməyib? Əkrəm Əylisli torpaq dərdi çəkən, şəhid verən, sağlamlığını itirib əlil vəziyyətinə düşən insanların heysiyyatı ilə niyə oynayır?" Bayram Səfərov deyib ki,  təbliğat mübarizəsində Ermənistanın Azərbaycana vura bilmədiyi zərbəni Əkrəm Əylisli vurub: "Əkrəm Əylislinin bu əsəri belə bir şəraitdə kürəyimizə vurulan xəncərdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00