Əkrəm Əylislinin titulları geri alınsın

Sabiq millət vəkili Cümşüd Nuriyev Əkrəm Əylislinin fəxri adlardan məhrum edilməsini zəruri hesab edir. "OLAYLAR"- verdiyi açıqlamada Cümşüd Nuriyev belə deyib.  "Bu adam açıq-aşkar Azərbaycan xalqına xəyanət edib. Azərbaycan xalqına xəyanət etmiş bir insanın isə "İstiqlal ordeni" və ya başqa tiitulları gəzdirməsi bağışlanmazdır. Düşünürəm ki, Əkrəm Əylisliyə verilən bütün fəxri adlar geri alınmalıdır. Qoy ağız dolusu tərif etdiyi Ermənistan və qohum-əqrəbaları olan ermənilər ona fəxri ad versinlər". Cümşüd Nuriyev Əkrəm Əylislinin müdafiəsinə qalxan bəzi gənc yazarları da kəskin tənqid edib. Bildirib ki, Əkrəm Əylislini müdafiə etmək onun yol verdiyi xəyanətə, satqınçılığa şərik olmaqdır: "Bunun satqınçılıq və xəyanətdən başqa adı yoxdur"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00