Əkrəm Əylisli fəxri adlardan məhrum edilsin

"Xalqını aşağılayan, onu qaniçən, zalım kimi qələmə verən bir insanın Azərbaycanın fəxri adlarını daşımağa mənəvi haqqı yoxdur". Belə bir açıqlama ilə çıxış edən Beynəlxalq Diaspora Mərkəzinin sədri, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəri İsmayıl Ağayev "OLAYLAR"-a deyib ki, Əkrəm Əylisli qələmə aldığı "Daş yuxular" romanı ilə Azərbaycan xalqına xəyanət edib, millətin heysiyyatına toxunub: "Əkrəm Əylisli kimi xəyanətkarların nəinki Azərbaycanın fəxri adlarını daşımağa, heç Azərbaycanda belə yaşamağa haqqı yoxdur". İsmayıl Ağayevin sözlərinə görə, Əkrəm Əylisli sözügedən romanda ermənilərlə sıx bağlılığı olduğunu açıq-aşkar söyləyib: "Hesab edirəm ki, bütövlükdə Azərbaycan cəmiyyəti ona öz etirazını bildirməlidir. Azərbaycan xalqı birmənalı şəkildə Əkrəm Əylislinin fəxri adlardan məhrum edilməsi tələbini irəli sürməlidir". BDM sədri deyir ki, anoloji hadisə Ermənistanda baş versə və erməni yazıçı öz millətini aşağılayan roman yazsaydı ermənilər bir dəqiqə ərzində onu daş-qalaq edib həyatına son qoyardılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00