Ermənistanda siyasi terror ənənə halını alıb
4 Fevral 2013 17:39 SiyasətAzərbaycan Demokrat Partiyası Ermənistanda prezidentliyə namizədliyi irəli sürülən və hələ uzun illərdən öncə öz çıxışlarında iki xalq arasında ədavətin qızışdırılmasının əsas müəllifinin SSRİ rəhbərliyi olduğunu dilə gətirən P.Ayrekiyana sui-qəsd edilməsini siyasi terro kimi qiymətləndirib. Partiyadan "OLAYLAR"-a daxil olan açıqlamada bildirilib ki, bu ölkədə siyasi terror artıq ənənə halını alıb. Partiya Almaniya deputatı K.Reyçin Bundestaqda Xankəndi aeroportunun istifadəyə verilməsinin beynəlxalq hüquqa zidd olması və Ermənistan qoşunlarının Dağlıq Qarabağdan geri çəkilməsinin vacibliyi ilə qaldırdığı məsələlərə münasibət bildirib və onun bu təşəbbüsünü alqışlayıb. Partiya bunu Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunmasına töhfə olduğunu diqqətə çatdırıb.